×
A
A
A
Sazlamalar

Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Bakı, 28 fevral, AZƏRTAC

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, martın 1-də günorta saatlarında Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən (yol bağlanmır) məhdudlaşdırılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

 

Tikinti̇ 2019-02-28 12:45:00