×
A
A
A
Sazlamalar

Binəqədi rayonunun 28 May qəsəbəsinin yolları yenidən qurulur

Bakı, 28 fevral, AZƏRTAC

Paytaxtın Binəqədi rayonunun 28 May qəsəbəsinin yolları yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci kilometrindən götürən bu yolların uzunluğu 1,4 kilometr təşkil edir. Yolların yenidən qurulması ilə 1,4 kilometrlik hissədə rahat gediş-gəliş təmin olunacaq.
Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb. Hazırda yeni yol əsası inşa edilir, yol əsası hazır olan hissələrin isə artıq asfaltlaması işlərinə də başlanılıb. Ümumilikdə təmir-tikinti işlərinin aparıldığı ərazi 10 min kvadratmetrə yaxındır.
Tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

Tikinti̇ 2019-02-28 12:24:00