Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Litvanın Klaypeda şəhərində də anılıb

Klaypeda, 28 fevral, AZƏRTAC

Litvada fəaliyyət göstərən “Azeris” cəmiyyətinin sədri, Klaypeda Milli İcmalar Şurasının üzvü Əliağa Məmmədovun təşəbbüsü və bu şəhərdə yaşayan fəal azərbaycanlılardan olan Rəna Məmmədovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü anılıb.
AZƏRTAC xəbər verir ki, tatar, Ukrayna, alman, yəhudi, Belarus icmalarının sədrləri, həmçinin yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Klaypeda şəhərində yaşayan azərbaycanlı ailələrin övladlarının ifasında şeirlər səsləndirilib, həzin musiqilər və rekviyemlər ifa olunub. Həmçinin iştirakçılara Litva, rus, ingilis dillərində çap olunmuş və faciəni əks etdirən kitabça, buklet və broşürlər paylanıb. Sonda ehsan süfrəsi açılıb.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Klaypeda

Qan yaddaşı 2019-02-28 11:32:00