×
A
A
A
Sazlamalar

Türkiyədə “Xocalı üçün paylaş” aksiyası keçirilib

İstanbul, 28 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Türkiyənin iş adamları, idmançıları, incəsənət nümayəndələri, siyasətçiləri və tələbələr bu qətliamı bütün dünyaya çatdırmaq üçün “Xocalı üçün paylaş” aksiyası keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində hamı eyni anda öz sosial media hesabları vasitəsilə Xocalı soyqırımı haqqında türk, rus, ingilis və fransız dillərində paylaşımlar ediblər. Paylaşımlar “Unutma, unutsan səni də unudarlar”, “Hər zaman barış istəyirik”, “Keçmişdə bizə qarşı olanları mütləq xatırlayacağıq” və digər başlıqlar altında olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xocalı faciəsi 2019-02-28 05:06:00