Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Əl-Bəyan” qəzetində Xocalı soyqırımı barədə məqalə dərc edilib

Dubay, 27 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu kütləsinə malik ərəbdilli qəzetlərindən olan “Əl-Bəyan” qəzetində “Xocalı faciəsinin 27-ci ildönümü” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin 27-ci ildönümünün BƏƏ-də də qeyd edildiyi bildirilən məqalədə 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakininin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi bildirilir. Xocalıda baş verənlərin XX əsrin ən qəddar terror cinayətlərindən biri olduğu qeyd edilir.
Məqalədə, həmçinin Azərbaycanın dinamik şəkildə inkişaf edən bir dövlət qurmağa müvəffəq olduğu bildirilir, ölkənin iqtisadi nailiyyətləri barədə konkret rəqəmlərə əsasən məlumat verilir. Cənubi Qafqaz regionunun iqtisadi fəaliyyətinin 80 faizə qədərinin Azərbaycanın payına düşdüyü vurğulanır.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay

Xocalı faciəsi 2019-02-27 21:25:00