×
A
A
A
Sazlamalar

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında’’ Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12, I kitab, maddə 2222; 2018, № 5, maddə 893, № 7, I kitab, maddə 1395) aşağıdakı dəyişikliklər edilsin:
1. 77.2-ci maddəyə “emitentlər” sözündən sonra “(Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar istisna olmaqla)” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 78.7.1-1-ci maddə əlavə edilsin:

“78.7.1-1. Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi qiymətli kağızlarla olan əməliyyatlara;”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il .

Qanunlar 2019-02-27 18:23:00