Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Qazaxıstan universitetində anılıb

Astana, 27 fevral, AZƏRTAC

Qazaxıstanda L.Qumilyov adına Avrasiya Milli Universitetinin beynəlxalq əlaqələr fakültəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Fakültənin dekanı Akbota Joldasbekova AZƏRTAC-a müsahibəsində bildirib ki, İran, Türkiyə, Azərbaycan, Tacikistan, Qırğızıstandan olan tələbələrə mütəmadi “Dünya günü” (Fələstin), “Zorakılğa qarşı” (Hindistan) və s. bu kimi hadisələr haqqında məlumat verilir. İlk dəfə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasına qoşulduğunu deyən fakültə dekanı Xocalıda törədilən qırğınlardan bəhs edib. Tədbirdə, Xocalı soyqırımını əks etdirən kitab və broşürlər paylanılıb. Akbota Jandasbekovanın sözlərinə görə, tədbirin təşkilində məqsəd odur ki, gələcək diplomatlar qəlbən münaqişəli anları hiss etsinlər və dünyada sülhün bərqarar olmasına çalışsınlar.
Universitetin beynəlxalq mərkəzinin direktoru Seyit Əli Avcu tələbələrin Xocalı soyqırımı ilə bağlı məlumatlandırıldığını deyib. Bildirib ki, Xocalıda ermənilər tərəfindən dinc, günahsız insanlara qarşı törədilmiş vəhşiliklər dünyada misli görünməmiş cınayət əməlləridir.
Tələbələr Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Xocalıya ədalət!” sənədli filminə baxıblar.

İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Qan yaddaşı 2019-02-27 11:53:00