Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində Xocalı soyqırımına dair videoçarx yayımlanır

Kiyev, 27 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı fevralın 23-dən martın 1-dək SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində (YDM ) faciəyə dair videoçarx yayımlanır və musiqi yayımı dayandırılıb, bayraqlar endirilib.
AZƏRTAC xəbər verir ki, videoçarxda XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə maarifləndirici məlumatlar, soyqırımına dair fotolar yer alır.
“SOCAR Energy Ukraine” şirkəti hesab edir ki, bu təbliğat vasitəsilə yanacaqdoldurma məntəqələrinə gələn insanlara Xocalı soyqırımı haqqında həqiqətlər çatdırılır.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xocalı faciəsi 2019-02-27 11:45:00