×
A
A
A
Sazlamalar

Türkiyəli alpinistlər Haçadağda Xocalı qurbanlarının xatirəsini anıblar

Naxçıvan, 27 fevral, AZƏRTAC

Türkiyənin 13 nəfərdən ibarət alpinistlər qrupu Xocalı soyqırımını anmaq üçün Naxçıvan Muxtar Respublikasında olublar. Onlar Naxçıvanın məğrurluq simvolu sayılan Haçadağın zirvəsinə qalxaraq, Xocalı soyqırımının qurbanlarının xatirəsini yad ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində qrupun rəhbəri, “İskəndər İqdır Ağrı Dağı Dağçılıq və Ekstremal idman növləri klubu”nun direktoru Umud Sönməz bu yürüşü Xocalı faciəsinin dünyaya çatdırılması məqsədilə təşkil etdiklərini bildirib: “Biz dost yox, qardaş ölkələrik. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Bu faciə bizi sarsıdıb. Bu məqsədlə biz 1992-ci il fevralın 26-da Xocalıda baş verən soyqırımını anmaq üçün Türkiyənin müxtəlif bölgələrində yaşayan və fəaliyyət göstərən 13 peşəkar alpinistlə Haçadağa çıxmağı qərarlaşdırdıq”.
Umud Sönməz qeyd edib ki, bu, onların Haçadağa sayca 3-cü yürüşüdür.

Regionlar 2019-02-27 11:36:00