Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xocalı şəhidləri Avstriyada da anılıb

Bakı, 27 fevral, AZƏRTAC
Avstriyanın Zalsburq şəhərində Avstriya Azərbaycanlıları Cəmiyyəti Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə danışıb. Qeyd edilib ki, 27 il əvvəl törədilmiş soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib.
Fərid Əzizov tədbirin təşkilində əməkdaşlığa görə Zalsburq Əlibəy Məscidi və Mədəniyyət Cəmiyyətinə və onun rəhbəri Cəfər Oruca təşəkkür edib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri bildirib ki, Xocalıda törədilən cinayət bəşəriyyət tarixinin gördüyü ən utancverici bir ləkədir. Tarix heç bir hadisəni unutmur. Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzasını alacaq.
Tədbirdə iştirak edən qonaqlar erməni vandalizimizi pisləyərək, Xocalı soyqırımını törədənlərin gec-tez insanlıq qarşısında cəzalandırılacaqlarını dilə gətiriblər.

Xocalı faciəsi 2019-02-27 07:24:00