×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Nijni Novqorodda da anılıb

Bakı, 27 fevral, AZƏRTAC
Rusiya Federasiyasının Nijni Novqorod şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri Məhəmməd Əhmədovun təşkilatçılığı ilə Xocalı soyqırımının 27 ildönümünə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan gənc fəal Rasim Quliyev 1992-ci ildə Xocalı şəhərində törədilən qətliamdan danışıb. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadə soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ölkə rəhbərinin, dövlət qurumlarının gördüyü işlər haqqında ətraflı məlumat verib.
Tədbirdə, həmçinin Milli-Mədəni Muxtariyyətin sədri Məhəmməd Əhmədov, jurnalist Saleh Şükürlü və başqaları çıxış ediblər. Çıxışlarda Nijni Novqorod şəhərində yaşayan azərbaycanlıların daha da təşkilatlandırılması, görüləcək işlər müzakirə olunub.

Xocalı faciəsi 2019-02-27 02:09:00