ABŞ Konqresinin üzvü Virciniya Foks Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
Vaşinqton, 26 fevral, AZƏRTAC
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
AZƏRTAC xəbər verir ki, Konqres üzvü bəyanatında Xocalı şəhərini və həmin faciəli günlərdə həlak olmuş Xocalı sakinlərinin xatirəsini anaraq Azərbaycan xalqının kədərinə qoşulduğunu bildirib və dərin hüznlə başsağlığı verib.
Virciniya Foks 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.
Konqres üzvü, həmçinin Azərbaycan hökumətinin ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bildirərək regionda Amerikanın əsas müdafiəçisi kimi çıxış etdiyini qeyd edib.
Sonda Konqres üzvü Xocalı faciəsində həyatını itirmiş insanları yad edərək Azərbaycan xalqına dərin ehtiramını bildirib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Şarl Mişel: Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
“Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi böyük həqiqətin növbəti təzahürüdür” - RƏY
İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib