×
A
A
A
Sazlamalar

Qəmər Bayramova: Xocalı soyqırımı zamanı 80-dək qohumumu və yaxınımı itirmişəm

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı zamanı atam da daxil olmaqla ümumilikdə səksən nəfərədək qohumumu və yaxınımı itirmişəm. Atam soyqırımı günü ermənilər tərəfindən diri-diri yandırıldı. Yaxınlarımın cəsədlərini dəfn edə də bilmədik. İyirmi yeddi ildir bu qanlı qırğının ağır yükü, kədəri ilə yaşayırıq.
Bunu Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən şəhid ailəsinin üzvü Qəmər Bayramova AZƏRTAC-a müsahibəsində deyib.
O deyib: “Bizim yeganə təsəllimiz işğal altındakı torpaqlarımızın geri qaytarılması və doğma yurdumuza qayıtmağımız ola bilər. İnanırıq ki, dövlətimizin başçısının apardığı müdrik, qətiyyətli siyasəti nəticəsində işğal altındakı bütün torpaqlarımız tezliklə düşməndən azad ediləcək və Azərbaycan bayrağı Dağlıq Qarabağda dalğalanacaq. Biz öz doğma torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Prezident İlham Əliyev hər zaman Xocalı sakinlərinə diqqət və qayğı göstərir və onlara dəstək olur. Biz də Xocalı sakini və şəhid ailəsi kimi, dövlətimizin başçısına bu qayğıya görə minnətdarıq və ona bu işdə arxalanırıq”.

Xocalı faciəsi 2019-02-26 21:02:00