×
A
A
A
Sazlamalar

Mail Əliyev: Xocalı heç bir vaxt erməni torpaqları olmayacaq

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımı XX əsrin ən faciəli hadisələrindən biridir. Ermənilərin bu soyqırımını planlı şəkildə törətməkdə məqsədləri azərbaycanlıların gözünü qorxutmaq idi ki, bu torpaqlara bir də geri qayıtmasın. Ancaq Azərbaycan xalqı bu hadisə ilə daha da mətinləşdi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xətai rayonundakı “Ana fəryadı” abidəsini ziyarət edən Respublika Ağsaqqallar Şurası Nizami rayon təşkilatının sədri Mail Əliyev deyib.
Bildirib ki, Azərbaycan dövləti böyük bir inkişaf yoluna qədəm qoya-qoya ordumuzu gücləndirib. “Heç bir vaxt Xocalı erməni torpaqları olmayacaq. Azərbaycan xalqı, Ordusu Xocalını, ümumiyyətlə, Qarabağı geri qaytaracaq. Vaxt gələcək ki, bizim bayrağımız bu torpaqlarda dalğalanacaq”, - deyə Mail Əliyev qeyd edib.

Xocalı faciəsi 2019-02-26 18:58:00