×
A
A
A
Sazlamalar

Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyəcək

Bakı, 26 fevral, AZƏRTAC
Dərddən çökmüş, ağlamaqdan şişmiş gözlərə baxmaq olduqca çətindir, bunu sözlə ifadə etmək olmur. O gözlərdə həyata inam yoxdur. Misli görünməmiş, vəhşicəsinə törədilmiş bu soyqırımı XX əsrin ən dəhşətli qətliamıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri 36 saylı Ağdam məcburi köçkünlər üçün orta məktəbin 11-ci sinif şagirdi Gülnar Vəliyeva deyib.
Məktəbli bildirib ki, əsrlər boyu türk dünyasına qənim kəsilən, Azərbaycana və azərbaycanlılara qarşı daim kin, nifrət bəsləyən, insan cildində olan erməni cəlladlarının törətdikləri Xocalı soyqırımı yaddaşlardan heç vaxt silinməyəcək. Xocalı soyqırımında törədilən ağlasığmaz vandallıq bəşər tarixində silinməz qanlı izlər buraxıb.

Xocalı faciəsi 2019-02-26 18:17:00