×
A
A
A
Sazlamalar

Xocalıda erməni qəddarlığı

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsi tariximizin qanlı səhifəsidir. Bu hadisə ermənilərin insanlığa qarşı necə qəddar olduqlarını dünyaya göstərdi. Xocalı qırğını heç vaxt yaddan çıxmayacaq.
Mənim ömür-gün yoldaşım Şakir Hüseynov Xocalıda şəhid olub. Xalqımız şəhidlərin xatirəsini həmişə əziz tutur. Şəhidlər ölməzdir.
Bu sözləri xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn, Xocalıdan olan köçkün Bəsti Nağıyeva AZƏRTAC-a müsahibəsində deyib.
O qeyd edib ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bütün dünyada tanınmalıdır. Bu istiqamətdə Heydər Əliyev Fondu çox uğurlu tədbirlər həyata keçirir.
Şəhid ailəsi kimi mənzillə təmin olunduqlarını deyən Bəsti Nağıyeva göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Xocalı faciəsi 2019-02-26 17:42:00