×
A
A
A
Sazlamalar

Sumqayıtda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüş keçirilib

Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar yürüş təşkil olunub. Yürüşdə Sumqayıt şəhər, bələdiyyə, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri və şəhər ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları Sumqayıtdakı Şəhidlər xiyabanı memorial kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, onların ruhuna dualar oxuyublar.
Sonra şəhərdə məskunlaşan Xocalı sakinləri ilə görüşən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu vurğulayıb. Görüş çərçivəsində Z.Fərəcov Xocalı sakinlərinin qayğıları ilə maraqlanıb.

Xocalı faciəsi 2019-02-26 17:34:00