×
A
A
A
Sazlamalar

Xocalıda ermənilərin vəhşiliklə öldürdüyü uşaqların şəkillərini görəndə dəhşətə gəlirəm

Bakı, 26 fevral, AZƏRTAC

Xocalıda ermənilərin vəhşiliklə öldürdüyü uşaqların şəkillərini görəndə dəhşətə gəlirəm, bu faciəni törədənlərə qarşı nifrət hissim daha da artır.
Bu sözləri AZƏRTAC-a “Ana harayı” abidəsini ziyarət edən 9 yaşlı məktəbli Rüfət Əliyev deyib. O, Xocalı faciəsi ilə bağlı şeir yazdığını bildirib. Qeyd edib ki, Xocalıya hücum edənlərin körpə uşaqları nəyə görə amansızlıqla qətlə yetirdiyi onun beynində cavab olmayan sual yaradıb. Məktəbli əlavə edib ki, o, Xocalı ilə bağlı internetdən topladığı materiallar barədə həmyaşıdlarına məlumat verir. Gələcək arzularından danışan Rüfət Əliyev bildirib ki, o, düşməndən Xocalının qisasını almaq üçün əsgər olacağını deyib.

Qan yaddaşı 2019-02-26 17:33:00