×
A
A
A
Sazlamalar

Tarix-Memarlıq Qoruğu İdarəsində Xocalı soyqırımı ilə bağlı seminar təşkil edilib

Bakı, 26 fevral, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Xocalı - bəşəri cinayət” mövzusunda seminar keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, seminarda məqsəd yaşlı nəsillə gənc nəsil arasında körpü yaratmaq, təbliğatı gücləndirmək və gələcək nəsillərə soyqırımının mahiyyətini çatdırmaqdır.
İki hissədən ibarət olan tədbirin birinci hissəsində qurumun kollektivi ilə yanaşı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalının əməkdaşlarının, Bakı Atatürk Liseyinin müəllim və şagirdlərinin iştirakı ilə Xocalı faciəsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirin ikinci hissəsində isə “Günay” Uşaq Teatrının ifasında “Qarabağdır Azərbaycan” adlı səhnəcik təqdim olunub.

Xocalı faciəsi 2019-02-26 17:32:00