×
A
A
A
Sazlamalar

Gürcüstan KİV-ləri Xocalı faciəsindən yazır

Tbilisi, 26 fevral, AZƏRTAC
Gürcüstanın nüfuzlu 24news.ge və gaxa.ge informasiya portalları, Azərbaycan və gürcü dillərində yayımlanan AG FM radiosu Tbilisidəki 64 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və bu məktəbin birgə təşkil etdiyi anım tədbirindən materiallar yayıb.
AZƏRTAC xəbər verir ki, materiallarda Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan, rus, gürcü və digər millətlərin nümayəndələrinin təhsil aldıqları 64 saylı məktəbdə bu cür tədbirin təşkili yüksək qiymətləndirilir. Azərbaycan xalqının şanlı və qanlı tarixi barədə məlumatların gələcək nəsillərə, xüsusən də xarici ölkələrdə yaşayan azərbaycanlılarla yanaşı, digər millətlərin nümayəndələrinə çatdırılmasının vacibliyi qeyd olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xocalı faciəsi 2019-02-26 17:15:00