×
A
A
A
Sazlamalar

Maliyyə Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

Maliyyə Nazirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər 27 il əvvəl erməni silahlı dəstələri və onların havadarları tərəfindən dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımından, eləcə də ermənilərin xalqımıza qarşı törətdiyi digər dəhşətli qətliamlardan bəhs edib, bu faciənin erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı olduğu vurğulanıb.
Qeyd olunub ki, hazırda XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işləri aparılır, “Xocalıya ədalət!” şüarı ilə silsilə tədbirlər keçirilir.
Sonra Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Xocalı faciəsi 2019-02-26 16:26:00