×
A
A
A
Sazlamalar

Horadizdə Xocalı soyqırımı abidəsini üç mindən çox insan ziyarət edib

Füzuli, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Füzuli rayonunda da dərin hüznlə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 27-ci ildönümü münasibətilə Horadiz şəhərində üç mindən çox insanın iştirakı ilə yürüş keçirilib. Rayon rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndəsi, ictimaiyyət üzvləri, əmək kollektivləri, gənclər, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, “N” saylı hərbi hissənin əsgərləri matəm musiqisinin sədaları altında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə tər çiçəklər düzüb, faciə zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunub.

Regionlar 2019-02-26 16:27:00