×
A
A
A
Sazlamalar

BSU-da dərslər Xocalı soyqırımı qurbanlarının anımı ilə başlanıb

Bakı, 26 fevral, AZƏRTAC

Fevralın 26-da Bakı Slavyan Universitetində (BSU) ilk dərslər Xocalı soyqırımına həsr olunub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, birinci və ikinci növbənin bütün dərsləri soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb və mühazirələr Xocalı hadisələrinə həsr edilib.
Artıq bir neçə gündür ki, universitetdə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. BSU-nun foyesində Xocalıda ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilən günahsız soydaşlarımıza aid stend hazırlanıb. Hər iki tədris binasında müəllim və tələbələrə, işçi kollektivinə matəm rəmzi olaraq üstündə Xocalı soyqırımı yazılan qara lent paylanıb. Həmçinin universitetdə təhsil alan yerli və əcnəbi tələbələr Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yerləşən Memorial Soyqırımı Muzeyində ekskursiyada olublar.

Xocalı faciəsi 2019-02-26 16:23:00