×
A
A
A
Sazlamalar

Gəncədə Xocalı qurbanlarının xatirəsi yad olunub

Bakı, 26 fevral, AZƏRTAC
Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə şəhər Mərkəzi Kitabxana Sistemində (MKS) Xocalı soyqırımın 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
MKS-nin uşaq şöbəsinin müdiri Ellada Rəhimova bildirib ki, yaxın tariximizin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı, xalqımızın qan yaddaşına əbədi olaraq həkk edilib. Azərbaycan xalqı bu faciəni ürəkağrısı ilə qəlbində yaşadır.
Tədbirdə iştirak edən 27 nömrəli məktəb-liseyin müəllimi Sevil Verdiyeva, xalqımıza qarşı törədilən misli görünməmiş bu faciənin, əslində etnik azərbaycanlılara qarşı törədilmiş bir soyqırımı olduğunu söyləyib.
Anım günündə şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, “Xocalı harayı” kompozisiyası ilə çıxış ediblər.
Tədbirdə soyqırımına həsr olunmuş videoçarx nümayiş edilib. Sonda iştirakçılar fotostend və kitab sərgisi ilə tanış olublar.

Qan yaddaşı 2019-02-26 16:15:00