×
A
A
A
Sazlamalar

“AzerGold” QSC-də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC

“AzerGold” QSC-də Xocalı soyqırımının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən “AzerGold”un idarə heyəti sədrinin müavini Oqtay Məmmədov hər il Prezident İlham Əliyevin göstərişi və şəxsi iştirakı ilə bütün ölkə ərazisində Xocalı soyqırımı ilə əlaqədar anım tədbirlərinin keçirildiyini və dövlət başçısının bu sahədə mövqeyinin hər bir vətəndaş üçün örnək olduğunu qeyd edib.
O.Məmmədov hər bir vətəndaşın bütün mümkün vasitələrdən istifadə edərək Xocalı haqqında həqiqətlərin bütün dünyaya çatdırmasının, işğal altında olan torpaqlarımızın azad edilməsi tələbinin daha da ucadan səsləndirməsinin önəmini vurğulayıb.
Tədbir iştirakçıları güclü Azərbaycan dövləti sayəsində vətəndaşlarımıza qarşı belə cinayətlərin bir daha törədilməyəcəyinə dair öz əminliklərini ifadə ediblər.
Daha sonra Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmiş Azərbaycan əsgərlərindən bəhs edən film nümayiş olunub.

Xocalı faciəsi 2019-02-26 15:22:00