×
A
A
A
Sazlamalar

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 fevral 2019-cu il.

Məktublar 2019-02-25 10:39:00