×
A
A
A
Sazlamalar

Moldova prezidentinin korteji yenə qəzaya uğrayıb

Kişineu, 22 fevral, AZƏRTAC

Moldova Prezidenti İqor Dodonun kortejindəki avtomobillərdən biri yol-nəqliyyat hadisəsi ilə üzləşib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, hadisə xidməti səfər zamanı baş verib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, qarşıdan gələn avtomobilin sürücüsü ötüb-keçmə əməliyyatı zamanı yolun sürüşkən olduğunu yaddan çıxarıb.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Polis təhqiqat aparır.
Moldova prezidentinin kortejində bundan əvvəl də qəza baş vermişdi. 2018-ci il sentyabrın 9-da İqor Dodonun getdiyi “Mersedes” onun yoluna çıxan yük maşınına dəyərək aşmışdı. Qəza nəticəsində üç nəfər yüngül xəsarət almışdı.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Dünya 2019-02-22 19:26:00