×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 3 ölkə iştirakını təsdiqləyib

Bakı, 22 fevral, AZƏRTAC

Bakıda mayın 10-da start götürəcək cüdo üzrə “Böyük dəbilqə” turnirində üç ölkə iştirakını təsdiqləyib.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Monteneqro 3, Çad 2, Sloveniya 18 idmançı ilə yarışa qatılacaq.
Turnirə mayın 12-də yekun vurulacaq.

İdman 2019-02-22 19:17:00