×
A
A
A
Sazlamalar

Birləşmiş Ştatların sutkalıq neft istehsalı bu il 1,4 milyon barrel/gün artacaq

Bakı, 22 fevral, AZƏRTAC

ABŞ-ın gündəlik xam neft hasilatı cari ildə 1,4 milyon barrel/gün artacaq.
AZƏRTAC xəbər verir ki, bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından “Goldman Sachs” çıxış edib.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, hazırda Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyəyə - 12 milyon barrelə çatıb. EIA ABŞ-ın neft hasilatının bu il sutkalıq orta hesabla 12,4 milyon barrel, gələn il isə 13,2 milyon barrel olacağını proqnozlaşdırır.

 

Dünya 2019-02-22 19:04:00