×
A
A
A
Sazlamalar

Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 24-də Moldova Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfərə yola düşüb. Bu barədə AZƏRTAC-a MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Moldova Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun digər rəsmi şəxslərlə yanaşı, moldovalı həmkarı ilə də görüşü və iki ölkənin ali seçki qurumları arasındakı uzunmüddətli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, MSK təmsilçiləri, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin dəvəti ilə sözügedən təşkilatın tərkibində də seçkilərin müşahidəsində iştirak edirlər.

Siyasət 2019-02-22 18:11:00