×
A
A
A
Sazlamalar

Bakı-Quba avtomobil yolu hissə-hissə bərpa olunacaq

Bakı, 22 fevral, Ramiz Quliyev, AZƏRTAC
Bakı-Quba beton yolu hissə-hissə bərpa ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.
Sözügedən yolun müəyyən hissəsində baş vermiş dağıntılara aydınlıq gətirən sədr bildirib ki, vaxtilə yolun çəkilişində bəzi texnoloji məsələlərə düzgün riayət edilmədiyindən və ağır tonnajlı maşınların hərəkətinə nəzarət zəif olduğundan yolun bəzi hissələrində müəyyən qüsurlar əmələ gəlib. O qüsurların aradan qaldırılması üçün agentlik tədbirlər görür. Yəqin ki, bu il həmin yolda əsaslı şəkildə bərpa işləri aparılacaq.
S.Məmmədov, həmçinin paytaxtın Nobel prospektinin yenidən təmir olunması və həmin yolda intensivliyin aradan qaldırılmasını gələn ilin planlarında nəzərə alınacağını qeyd edib.

 

Tikinti̇ 2019-02-22 17:43:00