×
A
A
A
Sazlamalar

Çində keçmiş vitse-qubernator 20 il müddətinə azadlıqdan məhrum edilib

Pekin, 22 fevral, AZƏRTAC
Çinin Anxoy vilayətinin keçmiş vitse-qubernatoru Cou Çunyu məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, Cinan şəhər məhkəməsində keçirilən yekun iclasda korrupsiya əməlləri sübuta yetirilən 50 yaşlı keçmiş məmur həm də 361 milyon yuan (53,7 milyon ABŞ dolları) cərimə ödəməlidir.
Bildirilir ki, 1996-2017-ci illərdə müxtəlif vəzifələrdə çalışmış Cou Çunyu vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fiziki və hüquqi şəxslərdən külli miqdarda rüşvət alıb. Cinayət yolu ilə əldə edilmiş vəsaitin bir hissəsi xarici banklarda yerləşdirilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2019-02-22 17:44:00