×
A
A
A
Sazlamalar

“Effektiv natiq – Uğurlu sahibkar!” layihəsinə qeydiyyat başlayıb

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən, “Youth Inc.” Sahibkarlıq Proqramı və “Azerbaijan Public Speaking Competition” (APSC) Platformasının tərəfdaşlığı ilə “Effektiv natiq – Uğurlu sahibkar!” layihəsinə start verilib.
Sahibkarlıq Proqramından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi sahibkarların natiqlik, təqdimat və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. İdeyası, startapı və ya biznesi olan gənclər üçün natiqlik bacarıqlarının formalaşdırılması onların investorlar qarşısında uğurlu çıxış etmələrinə kömək edəcək.
Layihə çərçivəsində təlim kursları Bakı, Gəncə, Şəki və Xaçmazda keçiriləcək. İlk olaraq bölgələrdə gənclər təlimlərə qatılacaqlar.
Təlim və mentorinq mərhələləri uğurla başa vurulduqdan sonra bağlanış mərasimi keçiriləcək.

Sosial 2019-02-22 17:27:00