İqlim dəyişmələri səbəbindən Rusiyada təhlükəli təbii hadisələr tez-tez baş verir
Bakı, 22 fevral, AZƏRTAC
Rusiyalı meteoroloqlar ötən il mindən artıq təhlükəli meteohadisələr qeydə alıblar ki, bu da əvvəlki bir illə müqayisədə 15 faiz çoxdur.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə “Roshidromet”in kollegiya iclasında qurumun rəhbəri Maksim Yakovenko bildirib.
“İqlim dəyişməsi bəllidir. Planetimizdə baş verən proseslər dəyişir. Təhlükəli hadisələrin sayı xeyli artır. 2018-ci ildə mindən artıq təbii hadisələr qeydə alınıb ki, onlardan 465-i iqtisadiyyata və cəmiyyətə xeyli ziyan vurub. Yəni 15 faizədək artım müəyyən edilib”, - deyə M.Yakovenko bildirib.
Onun sözlərinə görə, “Roshidromet”in bölmələri tərəfindən 2018-ci ildə ümumilikdə 2 mindən artıq qasırğa xəbərdarlığı verilib ki, bunların da 95,3 faizi (bir il əvvəl 95 faiz) öz təsdiqini tapıb.
Güclü yağıntılar, qasırğalı küləklər və dolu nəticəsində iqtisadiyyata daha çox ziyan dəyir. M.Yakovenkonun sözlərinə görə, bu hadisələrin əksəriyyəti qabaqcadan proqnozlaşdırılıb.
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
Sabahın hava proqnozu açıqlanıb
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb