×
A
A
A
Sazlamalar

Xoreoqrafiya Akademiyasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib

Bakı, 22 fevral, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim” ədəbi-bədii kompozisiya keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri BXA-nın tam orta məktəbinin direktoru Bəşarət Hüseynova açaraq Beynəlxalq Ana Dili Gününün tarixi haqqında məlumat verib. Bildirib ki, 2000-ci il 21 fevral tarixindən etibarən dünyada dil, mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilən bu əlamətdar hadisənin tarixi UNESCO-nun 1999-cu ilin noyabrında keçirilən baş konfransının XXX sessiyasında təsis edilib. Qeyd edib ki, ölkəmizdə də həmin vaxtdan başlayaraq bu günün əhəmiyyəti ilə bağlı konfranslar, tədbirlər, seminarlar keçirilir. O, gənc nəslə Ana dilimizi qorumağa, inkişaf etdirməyə səsləyib.
Tədbir akademiyanın tam orta məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdə şagirdlərin ifasında “Güləbatın”, “Almanı atdım xarala”, “Vəhşilər” rəqsi, Bəxtiyar Vahabzadənin “Ana dili”, Xəlil Rza Ulutürkün “Ana dilim” şeirləri səsləndirilib və müxtəlif səhnələr göstərilib.

Mədəniyyət 2019-02-22 16:27:00