×
A
A
A
Sazlamalar

Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bakı, 22 fevral, AZƏRTAC 

Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və 27-ci Polis Bölməsi əməkdaşları narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı Yasamal rayon sakini Çingiz Hacıyev saxlanılaraq istintaqa təqdim edilib. Onun Yasamal rayonu ərazisində yerləşən mənzilinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 790 qram heroin aşkar edilərək götürülüb. Evdən əlavə olaraq satış üçün nəzərdə tutulan 5 büküm heroin aşkarlanıb.
Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən aldığını bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2019-02-22 11:33:00

Video