×
A
A
A
Sazlamalar

Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib

Bakı, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də futzal üzrə 19 yaşadək Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında baş tutan qarşılaşma Azərbaycan millisinin 1:10 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, iki komanda fevralın 19-da da qarşılaşıb. Həmin görüş Türkiyə millisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

İdman 2019-02-21 23:41:00