×
A
A
A
Sazlamalar

Yeniyetmələrin Azərbaycan çempionatına yekun vurulub

Bakı, 21 fevral, AZƏRTAC
Yeniyetmə və gənclər arasında Azərbaycan çempionatında yeniyetmələrin birinciliyinə yekun vurulub.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında üçüncü yarış günündə 60, 65, 71, 80, 92 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yeniyetmə sərbəst güləşçilər mübarizə aparıb. Altı çəkidə 141 pəhləvan qüvvəsini sınayıb. Yarışda Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məhəmmədəli Əliyev (71 kq), Abdulcəlil Şabanov (80 kq), Saqadulla Ağayev (92 kq), Hamlet Nəsibli (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İdman 2019-02-21 22:11:00