×
A
A
A
Sazlamalar

Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar” siyahısında birinci olub

Bakı, 21 fevral, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin yekunlarına əsasən, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan federasiyaların” siyahısına daxil olub.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, federasiya siyahıda yenidən birincidir. AGF ötən il olduğu kimi, bu il də öz nümunəvi fəaliyyəti ilə bütün diqqətləri üzərinə toplamağı bacarıb. Yüksək səviyyədə təşkil olunmuş gimnastikanın 3 növü üzrə Dünya Kuboku, FIG Akademiyasının bədii, idman və aerobika gimnastikası üzrə məşqçilik kursları, FIG-nin ali orqanı olan Konqresi, beynəlxalq yarışlar və digər iclasların yüksək səviyyədə təşkili, həmçinin FIG-nin tanıdığı gimnastikanın altı növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu dəfə də dəyərləndirilib və federasiya birinciliklə mükafatlandırılıb.
Qeyd edək ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014-cü, 2015-ci və 2016-cı illərdə 10 ən güclü federasiyanın sırasında, 2017-ci ildə isə ilk pillədə qərarlaşıb.

 

İdman 2019-02-21 21:00:00