Rusiyalı atlet Anjelika Sidorova Almaniyada qış çempionatının qalibi olub
Bakı, 21 fevral, AZƏRTAC
Rusiyalı qadın atlet Anjelika Sidorova Almaniyanın Düsseldorf şəhərində keçirilən Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qış çempionatında dirəklə tullanma yarışının qalibi olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 27 yaşlı idmançı 4,77 metr nəticə ilə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
A.Sidorovanın çıxış edəcəyi növbəti turnir fevralın 23-də Fransanın Klermon-Ferrand şəhərində keçiriləcək.
Xatırladaq ki, A.Sidorova 2014-cü və 2015-ci illərdə Rusiya, 2014-cü ildə isə Avropa çempionatlarında qızıl medal qazanıb.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir