“Instagram” vasitəsilə “Android” viruslarının geniş yayılması qeydə alınıb
Bakı, 21 fevral, AZƏRTAC
"Doktor Veb" antivirus proqram təminatı istehsalçısı "Instagram" xidmətinin köməyi ilə "Android" üçün troyan viruslarının yayılması haqqında məlumat verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, söhbət zəhlətökən reklamın göstərilməsi üçün nəzərdə tutulmuş "Android.HiddenAds" zərərli proqramlar sinfindən gedir. Virus daima başqa proqramların pəncərəsini və sistem interfeysini gizlədən banner və video elanlardan ibarət pəncərələr göstərir və qurğunun işləməsinə mane olur.
2019-cu il fevralın əvvəlindən belə zərərli proqramların təxminən 40 yeni modifikasiyası aşkar edilib və təxminən 10 milyon istifadəçi onları yükləyib. Fırıldaqçılar bu troyanlardan bəzilərini "Instagram" və "YouTube" vasitəsilə yayırlar.
Ekspertlər xəbərdarlıq edirlər ki çoxmilyonlu auditoriyası olan populyar sosial şəbəkə və internet xidmətlərində reklam nəticəsində təhlükəli proqramları quraşdıra bilən potensial qurbanların sayı xeyli artır.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır