Qazaxıstan Prezidenti hökuməti istefaya göndərib
Bakı, 21 fevral, AZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev fevralın 21-də respublika hökumətinin istefası haqqında fərman imzalayıb.
AZƏRTAC Qazaxıstan prezidentinin saytına istinadla xəbər verir ki, baş nazirin birinci müavini Askar Mamin baş nazir səlahiyyətlərinin icraçısı təyin olunub.
Dövlət başçısı bundan bir qədər əvvəl ölkənin hazırkı hökumətinin işini tənqid edən bəyanatla çıxış edib. “Mən prezident və konstitusiyanın qarantı kimi xalqımızın marağını nəzərə alaraq növbəti qərarı qəbul edirəm. Hesab edirəm ki, hökumət istefaya getməlidir. Yeni hökumət həyat səviyyəsinin yüksəldilməsi, iqtisadiyyatın stimullaşdırılması, strateji hədəflərin reallaşdırılması üçün fəaliyyət planı hazırlamalıdır”, - Nursultan Nazarbayevin bəyanatında belə deyilir.
Prezident hesab edir ki, hökumət və Milli Bank iqtisadiyyatın keyfiyyət artımı üçün real stimullar və alətlər hazırlaya bilməyib. Onun sözlərinə görə, icra orqanlarının formal yanaşması nəticəsində əhalinin sosial baxımdan zəif təbəqəsinin bir hissəsi ünvanlı sosial yardımla əhatə olunmayıb. Bütün bunlar hökumət üzvlərinin əhali ilə işləyə bilmədiyini, onların problemləri ilə maraqlanmadığını göstərir.
ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır
G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər
Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir
Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq
“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür