×
A
A
A
Sazlamalar

Yaponiyanın Hokkaydo adasında 5,7 bal gücündə zəlzələ olub

Tokio, 21 fevral, AZƏRTAC 

Fevralın 21-də Yaponiyanın Hokkaydo prefekturasında 5,7 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri Hokkaydo adasının İburi rayonunda, ocağı 30 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-02-21 17:54:00