×
A
A
A
Sazlamalar

“Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Düşənbə şəhərində keçirilmiş 2018-ci il 1 iyun tarixli iclasında imzalanmış “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il 15 aprel tarixli Sazişdə dəyişikliklər edilməsi barədə” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə (qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2019-cu il.

Qanunlar 2019-02-21 17:44:00