×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014, № 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin “Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları” 16 saylı əlavəsinin 6.1.2-ci maddəsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 6.1.3-cü maddəsi ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Qanunlar 2019-02-21 17:20:00