×
A
A
A
Sazlamalar

Türkmənistan ilə Əfqanıstan arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb

Aşqabad, 21 fevral, AZƏRTAC

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Türkmənistanda rəsmi səfərdədir.
AZƏRTAC xəbər verir ki, fevralın 21-də Türkmənistan və Əfqanıstan prezidentləri iki ölkə arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalayıblar.
Həmçinin iki ölkə arasında gömrük, hava nəqliyyatı ilə bağlı sazişlər, Akina-Andxoy dəmir yolunun tikintisinə dair anlaşma memorandum və digər sənədlər imzalanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad 

Dünya 2019-02-21 16:41:00