×
A
A
A
Sazlamalar

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının ildönümünə dair bəyanat qəbul edib

Tallinn, 21 fevral, AZƏRTAC 

Estoniya parlamentinin - Riyqikoqunun Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat qəbul edib.
AZƏRTAC xəbər verir ki, qrupun üzvləri Azərbaycan xalqına Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı dərin hüznlə başsağlığı veriblər. Bəyanatda bildirilir ki, Azərbaycan xalqı Xocalı soyqırımında 600-dən çox günahsız vətəndaşını itirib. Onların arasında çoxsaylı uşaq, qadın və yaşlı insan olub və biz bu acını bölüşürük. Biz dinc Azərbaycan xalqına qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş insanlığa zidd bu vəhşiliyin günahkarlarını qətiyyətlə pisləyirik. Bu vəhşilik aktının günahkarları mütləq cəzalarını amalıdırlar.
Biz ərazi bütövlüyünü bərpa etməsi üçün Azərbaycan Respublikasının səylərinə dəstək ifadə edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün regionun inkişafı üçün vacib amildir.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn

Xocalı faciəsi 2019-02-21 15:43:00