×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib

Bakı, 20 fevral, AZƏRTAC 

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətdə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, imzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitənin nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüşüblər.
Tədbirdə “Şəhadət” filmi kursantlara nümayiş etdirilib. Həmçinin “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanması”, “Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri” mövzularında söhbətlər aparılıb.

Ordu 2019-02-20 18:08:00