×
A
A
A
Sazlamalar

“Xocalı” tamaşası nümayiş olunacaq

Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının hazırladığı Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir “Günay” Uşaq Teatrı, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı ilə birgə hazırlanıb.
Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru, teatrın direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.

Mədəniyyət 2019-02-20 15:35:00