×
A
A
A
Sazlamalar

Filarmoniyada gənc bəstəkarların əsərləri səslənəcək

Bakı, 20 fevral, AZƏRTAC

Bakıda tanınmış gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşacaq konserti Fuad İbrahimovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Fevralın 22-də təqdim ediləcək konsertdə respublikanın tanınmış istedadlı gənc incəsənət ustalarının bir-birindən parlaq ifaları səslənəcək.
Konsert çərçivəsində xalq mahnıları və təsniflərin də ifa olunması nəzərdə tutulur.

Musiqi 2019-02-20 12:06:00